Komitə sədri Anar Quliyev Sabirabadda vətəndaşları qəbul edib
- 26.09.2022, 10:42, Baxış sayı:
- 224
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 23-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə "Muganinsesi.az" Komitəyə istinadən xəbər verir.
Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.