• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ali Məhkəmənin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib

  • 19.09.2022, 17:52, Baxış sayı:
  • 233
Ali Məhkəmənin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli, Kürdəmir və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib və məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə müvafiq izah verilib, digər müraciətlər üzrə Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Sabirabad Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şirvan Apellyasiya Məhkəməsinin, Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.
Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və məhkəmə fəaliyyəti üçün mühüm yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.
Sədr məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsinə, insan haqlarının etibarlı təmin olunmasına xidmət etdiyini, eləcə də məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğunu bildirərək, ədalət mühakiməsinin təməl prinsiplərinə dönmədən əməl olunmasının vacibliyini vurğulayıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter