“Azərsu”yun sədr müavini Sabirabaddan olan vətəndaşları da qəbul edəcək
- 04.03.2022, 20:25, Baxış sayı:
- 348
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul Saatlı Sukanal İdarəsinin inzibati binasında keçiriləcək, sakinlərin müraciətləri dinləniləcək və tədbirlər görüləcək.
Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər. Qəbula gələnlər mütləq qoruyucu maskadan istifadə etməlidir.
Vətəndaşlar qəbul üçün Saatlı, Sabirabad və İmişli Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.