Sabirabadda qardaşının arvadını və övladlarını ölümlə hədələyən şəxs saxlanılıb
- 06.09.2022, 12:31, Baxış sayı:
- 412
Facebook
Вконтакте
Одноклассники
Google+

Sabirabadda qardaşının arvadını və övladlarını ölümlə hədələyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sabirabad Rayon Polis Şöbəsinə Qaraağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəyi ilə hədələnmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb.
Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.