• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Polis 5 rayonda, o cümlədən Sabirabadda əməliyyat keçirdi: Həbs olunanlar var

  • 12.01.2021, 08:33, Baxış sayı:
  • 380
Polis 5 rayonda, o cümlədən Sabirabadda əməliyyat keçirdi: Həbs olunanlar var
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb.
“Muganinsesi.az” Teleqraf.com-a istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan 5 kiloqram 218 qram heroin aşkar edilib.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı 3 kiloqram 135 qram marixuana, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bildiq kənd sakini S.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun qohumuna məxsus evdə gizlətdiyi 3 kiloqram 120 qram marixuana götürülüb.
Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 415 qram marixuana aşkar edilib.
Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 5 kq-dan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.
Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 18 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq C.Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kq 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter