• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

  • 15.06.2021, 07:32, Baxış sayı:
  • 400
Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb
Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs müəyyən edilərək saxlanılıb.
Gecə radələrində Sabirabadda münaqişə zəminində Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlu həmkəndlisi 1996-cı il təvəllüdlü Abbasov Kərəm Abbas oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən sonuncu hadisə yerindən yayınıb. Şirvan xəstəxanasına yerləşdirilən Y.Qubadov orda əməliyyat olunub və ilkin ifadəsində iribuynuzlu heyvanın hücumuna məruz qaldığını bildirib. Lakin araşdırmalar zamanı onun həmkəndlisi tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı Kərəm Abbasov bu gün polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter