• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ərzaq təhlükəsizliyində heç bir problem yoxdur

  • 18.08.2022, 16:57, Baxış sayı:
  • 295
Ərzaq təhlükəsizliyində heç bir problem yoxdur

Heydar YAQUBOV
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş regionlarımızı da əhatə edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri də bu reallığı təsdiqləyir.
Prezident cənab İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə edib. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Azərbaycan öz daxili istehsalını maksimum artırır, hər hansı bir çətinlik yarananda tələbatımızı tam təmin etmək imkanına malik oluruq. İdxaldan asılılıq maksimum dərəcədə azaldılır. Hazirki dövrdə dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycanın idxaldan asılılığı azaltmaq üçün strategiyası var. 100 faiz əsas ərzaq məhsulları ilə özünü təmin edə bilmə strategiyası özünün uğurlu nəticəsini verir. Prezidentin müsahibədə qeyd etdiyi kimi, iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsipləri Azərbaycanda tətbiq edildi. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun əksər hissəsini özəl sektor formalaşdırır. “Biz real həyatda yaşayırıq” söyləyən ölkə başçısı bu mühüm çağırışı da etdi ki, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq.
Taxılın əsas ixracatçıları Rusiya və Ukraynadır, dünyada taxıl ixracatının 30 faizi Rusiya və Ukraynanın payına düşür. Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə təmin edə bilmirlər. Ancaq dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur. Bütün bu görülən işlər isə Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir. Taxıl qıtlığı və bahalığı şəraitində Azərbaycanın atdığı qabaqlayıcı addımlar vəziyyəti sabitləşdirib.
Cənab Prezident sözügedən müsahibədə belə bir əminliyini də ifadə edib ki, şəffaflığın təmin olunması, yeni texnologiyaların tətbiqi, bütün işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması sayəsində gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək. Ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter