• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın bölgələrinin inkişafı davamlı xarakter daşıyır

  • 17.08.2022, 13:08, Baxış sayı:
  • 245
Azərbaycanın bölgələrinin inkişafı davamlı xarakter daşıyır
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev regionların potensialından səmərəli istifadənin vacibliyini bəyan etdi. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulu regionların inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Ötən dövr ərzində qəbul olunan hər bir proqramın uğurla həyata keçirilməsi növbəti sənədlərin təsdiqi üçün geniş imkanlar açır. Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən dinləyir, onların icrası ilə bağlı mühüm tapşırıqlar verir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Regionlarda məşğulluğun təmin olunmasına xüsusi əhəmiyyət verilir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Vətəndaş məmnunluğunun yüksəldilməsinin prioritet olması həyata keçirilən bütün dövlət proqramlarında zünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev ilk gündən bu fikri səsləndirdi ki, xalq görülən işlərdən razı olarsa, mən də razı qalacağam.Dövlətimizin başçısı İlham Əliyev bu inkişafı uğurla davam etdirmək üçün yeni təyin olunan icra başçılarının özlərinin də təşəbbüskarlığının olmasının vacibliyini vurğuladı. Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.

Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter