• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Öz işini layiqincə yerinə yetirən hər bir məmur xalqın yanında olmalıdır

  • 28.07.2022, 22:04, Baxış sayı:
  • 379
Öz işini layiqincə yerinə yetirən hər bir məmur xalqın yanında olmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.Məlum məsələdir ki,son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Xüsusilə, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı.Lakin Prezident İlham Əliyevin göstərişi ilə Lerikə qaz çəkildi.Təbii ki,həyata keçirilən bu infrastruktur layihələrin tək məqsədi insanların rifah halını yaxşılaşdırmaqdan ibarətdir.Bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın.Məlumdur ki,ölkəmizdə işsizlikdə mövcuddur.Buna görə də,işsizliklə bağlı mübarizədə də ciddi addımlar atılır.Bundan başqa ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.Təəssüflər olsun ki,belə bir həqiqət də mövcuddur ki,keçmiş icra başçılara və bəzi məsul şəxslər insanlara çatacaq olan vəsaiti mənimsəmişdirlər.Bunun nəticəsidir ki,bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.Düşünürəm ki,hər bir icra başçısı daim əhali ilə ünsiyyətdə olmalı,onların bütün problemlərini dinləyərək dərdlərinə şərik olmalıdır.Yalnız belə olduqda,əhali firəvan yaşayar və ölkəmizdə daim inkişafa doğru yönələr.Təbii ki, hər bir icra başçısı bu firəvanlığı bərpa etmək üçün sosial ədalət prinsipini hər daim əsas götürməli və bu prinsipini öz fəaliyyətinin qayəsinə çevirməlidir.Eyni zamanda hər bir icra başçısı öz fəaliyyəti müddətində şəhid ailələrinə xüsusi hörmət və qayğı göstərməlidir.Sevindirici haldır ki,Prezident İlham Əliyevin göstərişi ilə və böyük səyi ilə İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir.Bildiyimiz kimi,xalqımız 44 günlük müharibənin sonunda çox parlaq bir qələbə qazandı. Bir Azərbaycan xalqı olaraq biz bu parlaq qələbəni,şübhəsiz ki, igid oğanlarımıza,şəhidlərimizə və qazilərimizə borcluyuq.
Respublikanın hər yerində olduğu kimi Sabirabad rayonunda da şəhid ailələrinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətinə həssaslıqla yanaşılır. Son illər Sabirabad rayonunda şəhid ailələrinin üzvləri, qazi və müharibə veteranlarının əksər çoxluğu münasib işlə təmin olunmuş və ya özünəməşğulluq proqramına cəlb olunmaqlarına yaxından köməklik göstərilmiş, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür. Ümumiyyətlə Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəəsisə və təşkilatlarda şəhid ailələri, qazilər və müharibə veteranları növbədən kənar qəbul olunur və müraciətləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görülür.
Rayonların inkişafı ilə hər bir icra başçısı xüsusi səy göstərməli və sahibkarları öz rayonlarına cəlb etməyi bacarmalıdır. Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hər bir icra başçısının əsas vəzifələrindən biri olmalıdır. Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil. Bizim üçün hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər.Buna görə də,görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Xüsusilə həm Göygöl, həm Lerik, həm də Masallı çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar qorunmalıdır.

Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter