• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İctimai nəzarət korrupsiya ilə mübarizədə də əhəmiyyətli rola malikdir

  • 04.08.2022, 17:05, Baxış sayı:
  • 370
İctimai nəzarət korrupsiya ilə mübarizədə də əhəmiyyətli rola malikdir
Elnur AĞAYEV,
Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi

Ölkə başçısı dəfələrlə ictimai nəzarətin cəmiyyətin, dövlətin tərəqqisindəki rolunu ön plana çəkərək vətəndaşları, medianı bu mövzuda həssas olmağa çağırıb. Xatırladaq ki, Prezident İlham Əliyev cari il yanvarın 12-də yerli televiziyalara müsahibəsində də dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin rolundan bəhs edərək bildirmişdi: “Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
İctimai nəzarət korrupsiya ilə mübarizədə də əhəmiyyətli rola malikdir. Çünki korrupsiya ilə mübarizə hər bir müasir dövlət və cəmiyyət üçün ciddi çağırışdır. Aydındır ki, sosial-iqtisadi inkişafı gücləndirmək, bunu reallaşdırmaq, eyni zamanda, şəffaflığa nail olmaq üçün korrupsiya və rüşvətxorluqla barışmaz mübarizə aparılmalıdır. İyulun 25-də Lerik, Masallı və Göygöl rayonlarının icra başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ölkə başçısı bir daha ictimai nəzarətin vacibliyinə diqqət çəkərək bildirib: “Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik”.
İctimai nəzarətin olması hər bir vəzifəli şəxsin, məmurun konstitusiya, qanunlar və digər normativ aktlara əməl etməsini təmin edir. Qarşıya çıxan problemlərin həlli istiqamətində praktiki addımlar atılır. Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın və buna bənzər mənfi halların qarşısı vaxtında alınır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter