• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan POLİSİ: Dövlətçiliyin əsas sütunu

  • 02.07.2022, 11:54, Baxış sayı:
  • 265
Azərbaycan POLİSİ: Dövlətçiliyin əsas sütunu
İyulun 2-də müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 104 yaşı tamam olur. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Dahi rəhbərin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının işində dönüş yaranıb, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə qarşı mübarizə gücləndirilib.
Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Bu gün Polis vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan polislərimiz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr vermək əzmindədir.
Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur. Yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlmək şücaətindədir. O, yeri gələndə ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir.
Qanlı 20 Yanvar faciəsində ilk şəhid polis əməkdaşı Telman Bağırov olub. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bu statistik rəqəmlərin arxasında yanan və sönən ürəklər, vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti durur.
Azərbaycan polisinin gücündən, zəhmətindən bəhs ederkən, koronavirusla mübarizədə göstərdiyi xidmətlərindən söz açmasaq olmaz. Pandemiya ilə mübarizədə görülən işlər, atılan addımlar, qabaqlayıcı tədbirlərin effektivliyi ilk növbədə Daxili İşlər Nazirliyinin virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsi ilə özünü büruzə verdi. Çünki pandemiyanın mövcud olduğu ilk günlərdən xüsusi karantin rejiminin qaydalarına tam şəkildə əməl olunmasını nəzarətdə saxlamaq polislərə həvalə olunmuşdu.
Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Azərbaycan polisi dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə bir örnək sərgiləyir.
Azərbaycan polisinin böyük inkişaf yolu keçərək dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ictimai asayişi və sabitliyi qorumaq naminə qarşıya çıxan çətinliklərə inamla sinə gərir. Bu gün Azərbaycan polisi həm də vətəndaş kimi həyatın bütün sahələrində ölkəmizin inkişafına töhfə verir. Azərbaycan polislərinə fəaliyyətlərində uğurlar arzulayır, onları daxili işlər orqanlarının 104 yaşı münasibətilə təbrik edirik!
Əminik ki, dövlətçiliyə həmişə sadiq olan Sabirabad polisi bundan sonra da Prezident cənab İlham Əliyevin apardığı hüquq mühafizə siyasətinin fəal icraçısı olacaq, üzərilərinə düşən çətin və şərəfli vəzifələrin öhdəsindən daim əzm və qətiyyətlə gələcək, göstərilən etimadı doğruldaraq, müstəqil Azərbaycan Respublikasının qüdrətli bir dövlət kimi inkişafında səy və bacarıqlarını əsirgəməyəcəklər.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter