• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb

  • 13.10.2021, 12:38, Baxış sayı:
  • 260
Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb
Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: "Hazıra 13 nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib, yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub, bu səbəbdən maşın avtobusa çırpılıb".

A. Əsgərli deyib ki, yolda hazırda sıxlıq müşahidə olunur: "Yol polisi əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər".

Mənbə: APA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter