Baş prokuror İmişlidə İmişli, Saatlı, Sabirabad və Cəbrayıl rayon sakinlərini qəbul edəcək
- 01.07.2022, 08:47, Baxış sayı:
- 366
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev iyulun 5-i, saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Saatlı, Sabirabad və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.