• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

  • 29.06.2022, 19:58, Baxış sayı:
  • 289
Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir
Son illər ölkəmizin paytaxtı Bakı şəhəri sözün həqiqi mənasında geniş quruculuq meydanına çevrilib. Şəhərin abadlaşdırılması sahəsində xeyli işlər görülüb və bu proses uğurla davam etdirilir. Yeni tikilən müasir yaşayış binaları, bərpa olunan tarixi-memarlıq abidələri, eləcə də mədəniyyət ocaqları, yenidən qurulan parklar, yeni salınan yollar və körpülər Bakının simasını çox dəyişdirmiş, onun cazibəsini daha da artırmışdır. Keçmişdə burada atəşpərəstlik, xristianlıq, həmçinin, İslam dininə inananlar yaşayıb. Müxtəlif mədəniyyətlərin bir arada yaşaya bildiyi bu şəhər ona görə, hələ qədim dövrdən tolerantlığın mərkəzi hesab oluna bilər. Orta əsrlərdə islam dövlət ideologiyası idi, onun daşıyıcıları olan ruhanilər dövlətdə böyük vəzifələr tutublar. Cümə məscidi isə orta əsrlərdə xüsusilə ictimai-siyasi mərkəz rolunu oynayırdı. Digər bir tərəfdən isə Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan nankor qonşumuz Ermənistan özünün təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə düşüb, bütün regional layihələrdən təcrid olunub. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qısa zaman ərzində 44 gündə işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması hazırda bu ərazilərdə bərpa prosesinin sürətlə aparılmasına zəmin yaradıb. Şübhəsiz ki, Azərbaycanın işğaldan azad olunan torpaqlarında üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, bostançılıq və heyvandarlığın inkişafı üçün səmərəli istifadə etmək ehtiyatı mövcuddur. Eyni zamanda, bölgədə emal və ərzaq sənayesinin inkişafı potensialı da yetərincədir. Məsələn, kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq, taxılçılıq, gön-dəri emalı potensialı işğaldan azad edilən digər rayonlarımızla yanaşı, Kəlbəcər və Laçında da güclüdür. Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir.
Dövlət başçısı vurğulayıb ki, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır. Çünki 30 il səssiz qalıb, 30 il biganə qalıb: “O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq”.
Mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Təəssüflə qeyd olunmalıdır ki, artıq özü bütövlükdə böyük bir abidə olan Şuşa şəhəri ermənilər tərəfindən dağıdılmışdır. 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilmişdir. İşğalın davam etdiyi
29 il ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.
Şuşa işğaldan azad olunduqdan sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər etmiş və şəhərin abidələrinin necə dağıdıldığının şahidi olmuşlar. Dövlət başçımız Şuşaya səfərləri zamanı bu şəhərin tezliklə bərpa ediləcəyini bildirmişdir: “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”. İşğaldan azad edildikdən sonra Şuşada başlanılan quruculuq işləri bunu bir daha təsdiq edir.
Ulu öndərin açılışında iştirak etdiyi M.P. Vaqifin məqbərəsinin bərpa işlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edir.
Bərpa işlərinin aparılması Şuşanın tarixi görkəminə xələl gətirməyəcək. Dövlət başçısı bildirib ki, bütün işlər planlı şəkildə aparılmalı, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar.
Şuşanın mədəni ruhu geri qayıdır, tarixi görkəmi bərpa edilir. Şəhərin Azərbaycan mədəniyyət tarixinin çox vacib örnəklərinin bərpa olunması, şübhəsiz ki, öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın nümunəsidir.

Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter