• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər

  • 10.05.2022, 08:50, Baxış sayı:
  • 427
Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər
Xalqımız müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz zəhməti ilə qəlblərdə taxt quran Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə anır. Hər bir azərbaycanlı öz dahi oğlunun müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində dünya miqyasında yüksələn qüdrətli Azərbaycanın vətəndaşı olduğu ilə fəxr edir. Dahi şəxsiyyət Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, Ümummilli Lider kimi əbədilik qazanıb.
Tarixi varaqlayaraq, bir anlığa müstəqilliyimizin ilk günlərini yada salaraq.
Ulu Öndər Heydər Əliyev xalqımızı zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərərək, Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə əbədi müstəqillik bəxş etdi, Vətənimizi təhlükələrdən, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Xalq da dəqiq bilirdi ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. Hətta, həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”.
O çətin vaxtda Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər – Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Böyük şəxsiyyət müstəqilliyi bərpa etdi, dövlətimizi qurdu və inkişaf etdirdi. Ən əsası, Heydər Əliyev milli qürurumuzu özümüzə qaytararaq, Azərbaycanlıların birliyini, millət, torpaq, Vətən və bayraq sevgisini bərpa etdi. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi.
Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Ümummilli Lider Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə ən uca zirvəyə ucalıb, planetin nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlısı kimi əbədilik qazanıb.
“Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik”. Bu sözləri qeyd edən fitri zəkaya malik dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzu - Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir”. “Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur”. Zaman yetişdi, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti, müzəffər Ordumuzun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın monolit birliyi sayəsində Azərbaycan misilsiz bir Zəfər qazandı, torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi.
Bu günün müasir, müstəqil Azərbaycanın təməli Ulu Öndər Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük insan Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ulu Öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır.

Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri,
Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter