• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir

  • 07.05.2022, 07:03, Baxış sayı:
  • 313
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir
44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir.
Bu günlərdə baş vermiş daha bir mühüm addımlardan biri də 4 may tarixində cənab Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etməsi oldu. Sərəncama əsasən, Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəsi təyin edildi.
Ölkə başçımız nümayəndə təyin olunması ilə bağlı çıxışında öz dəyərli tövsiyələrini verməklə yanaşı, erməni vandalizminə də toxunmuşdur: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir”
Qarabağ yenidən canlanır, evlər tikilir, qəsəbələr, şəhərlər salınır. İlklər sırasında Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcək! Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur.
Ölkə başçısı deyib ki, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında ən mühümü Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Azərbaycanın əsas hədəfi Böyük Qayıdışın təmin olunmasıdır. Ölkə rəhbəri də qeyd etdi ki, keçirilən sorğularda məcburi köçkünlərin böyük əksəriyyəti geri dönməyə hazır olduğunu bildirib. Amma Prezident İlham Əliyev detallara da toxundu və bildirdi ki, qayıdışın təmin olunması üçün həyata keçirilməli olan işlər var.
Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub.
Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. Məhz imkanlarını və ehtiyatlarını nəzərə alsaq, Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir. Bu perspektivlər də öz növbəsində suverenliyimizin, müstəqilliyimizin, təhlükəsizliyimizin qorunmasını daha da gücləndirir, bunun üçün əsaslı zəmin yaradır.

Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı
Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter