• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Həmişə deyirdi ki, Vətənə canım qurban...

  • 17.11.2020, 12:14, Baxış sayı:
  • 337
Həmişə deyirdi ki, Vətənə canım qurban...
Sabirabadlı Qarabağ qazisi Vidadi Güləliyev haqq dünyasına qovuşdu.

Onun haqqında söz düşəndə atası rəhmətlik Rafiq kişi belə deyərdi: “Vidadi beş oğlumun gözüdür”.
Uşaqlıq dostu Rahib Abbasoğlu isə Vidadi Güləliyev barəsində bunları söylədi:
-Hələ uşaq ikən o, öz yaşıdlarından seçilərdi. Özünün gənclərdən ibarət futbol komandası vardı. Kapitan komanda idi. 18 yaşında ikən əmisi qızı Cəmilə xanımla ailə həyatı qurdu. Çox keçmədi ki, onu hərbi xidmətə çağırdılar. Bakıda xidmət etməyə başladı. Əsgərlikdə olanda da başqalarına nümunə göstərilirdi. O vaxtlar Vətən erməni faşistlərinin əlindən haray çəkib kömək istəyirdi. Vidadi ərizə yazıb könüllü olaraq Qarabağ cəbhəsinə yollandı. Onun ilk döyüş yolu Ağdərədən başladı. Sonra Tərtər, Kəlbəcər uğrunda gedən döyüşlərdə igidliklər göstərdi. Hər gün qızğın döyüşlər gedirdi. 1992-ci ilin sentyabr ayı idi. O, 14 nəfər döyüş yoldaşının mühasirəyə düşdüyünü bilib tez özünü onlara yetirdi. Bir neçə saat davam edən döyüşdən sonra yoldaşlarını xilas etdi. Vidadi sentyabrın 25-də ona verilən növbəti tapşırığı səhər açılana kimi yerinə yetirməli idi. Həmin döyüşdə Vidadi düşmən gülləsinə tuş gəldi, ağır yaralandı. Məmləkətimizdə, xarici ölkələrdə müalicələr kara gəlmədi. Nəticədə bir ayağını itirdi. Həmişə deyirdi ki, Vətənə canım qurban.
Vidadi Güləliyev sağlamlığını itirsə də bundan ruhdan düşmədi. 1997-ci ildə əlillərdən ibarət “Mübarizlər” teatr qrupunda fəaliyyət göstərməyə başladı. Respublika müsabiqələrində iştirak edərək bir sıra mükafatlara layiq görüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
E.XƏLİLOĞLU
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter