• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Narkotiklər haqqında həqiqəti öyrənək”

  • 21.04.2022, 00:13, Baxış sayı:
  • 243
Sabirabad Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq keçirilən tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşları Vasif Quliyev və Raqif Allahverdiyev tərəfindən hazırlanmış təqdimat əsasında tələbələrə slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat verilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim olunmuşdur.
“Muğanın səsi”

“Narkotiklər haqqında həqiqəti öyrənək”
“Narkotiklər haqqında həqiqəti öyrənək”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter