Aprel ayının 2-ci və 3-cü ongünlüyündə Sabirabadda hava necə olacaq?
- 09.04.2022, 15:36, Baxış sayı:
- 369
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprel ayının 2-ci və 3-cü ongünlüyündə havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.
Mərkəzi-Aran rayonlarında, o cümlədən Sabirabad rayonunda havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 7-12° isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 30-49 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.