• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Erməni zorakılığı - Şamaxı hadisələri

  • 30.03.2022, 12:47, Baxış sayı:
  • 399
Erməni zorakılığı - Şamaxı hadisələri
1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Təəssüflər olsun ki, bu günə qədər 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən nədənsə onların Şamaxıda törətdikləri vəhşiliklərin ifşası kölgədə qalmışdır. Ermənilərin toplu halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə azərbaycanlı kəndinin əhatəsindəki cəmi 6 erməni kəndi və Şamaxı şəhərindəki azlıqda qalan bir ovuc erməni əhalisinin bu ərazidə azərbaycanlıların başına açdığı müsibətlərlə tanış olduqda adam dəhşətə gəlir. Ancaq təkzib olunmaz faktdır ki, bir ovuc erməni onlarla Azərbaycan kəndlərini tar-mar etmiş, on minlərlə günahsız əhalini qətlə yetirmişlər. Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox gözəl bacarırlar. Ona görə də onlara inanıb heç yerdə nəzarətsiz buraxmaq olmaz. Yeri gəlmişkən 1918-ci il Şamaxı hadisələrinin törədilməsində S.Şaumyan və onun əlaltılarının rolunu da diqqətdən qaçırmaq olmaz. O, özü 1918-ci ilin aprelin 13-də Sovet Rusiyası Xalq Komissarlar Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan «yeni dəstələr» göndərdiyini etiraf edirdi.
Bu dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından olan və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqımızın qəddar düşmənlərindən biri daşnak S.Lalayev rəhbərlik etmişdir.
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır.
Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərdidə və şahid ifadələri, dindirmə protokolları, ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir. Respublikamızın dövlət arxivlərində saxlanılan yüzlərlə sənəd Şamaxı qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşilikləri də əyani şəkildə ifşa edir. Təəssüflər olsun ki, Şamaxı şəhəri və Şamaxı qəzasındakı qətllər və dağıntılarla bağlı fövqəl’adə təhqiqat komissiyası tərəfindən aparılan təhqiqat və araşdırma işləri tamamilə başa çatdırılaraq yekun sənədlər və mə’lumatlar hazırlanmadığı üçün Şamaxı şəhəri və Şamaxı qəzasındakı azərbaycanlı kəndlərinə dəymiş ümumi zərərin miqdarı və öldürülmüş, yaralanmış əhalinin ümumi sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Lakin həmin komissiya tərəfindən toplanılmış və əlimizdə olan çoxlu ilkin mə’lumatlar əsasında Şamaxı qəzasının kəndlərində azərbaycanlılara dəymiş zərər, öldürülən və yaralananlar haqqında hesablamalar aparmaq mümkündür. Ermənilərin azərbaycanlıların evlərinə, mal-qara, əkin sahələrinə münasibətdə törətdikləri hərəkətlər sözün əsil mənasında vandalizmin, vəhşiliyin əsil nümunəsi idi. Onlar tutduqları yerlərdə ilk növbədə evləri qarət edib yandırır, mal-qaranı isə sürüb aparırdılar. Bu vəhşilər mal-qaranı sürüb aparmağa imkan tapmadıqda tövlələrə od vurub dilsiz-ağızsız heyvanları belə diri-diri yandırırdılar. Üzüm, meyvə və tut bağlarındakı ağac və meynələri vəhşiliklə doğrayırdılar. Bir sözlə onlar özlərindən sonra heç nə qoymurdular. Ona görə də Şamaxı şəhərinin və Şamaxı qəzasında ermənilərin dağıdıb məhv etdikləri azərbaycanlı kəndlərinin sağ qalmış əhalisi sözün əsil mə’nasında dilənçilərə çevrilmiş, Azərbaycanın başqa rayonlarına və Bakı şəhərinə pənah gətirmişlər. Təəssüflər olsun ki, Sovet hakimiyyəti illərində xalqımıza edilmiş bu zülm unudulmuş, Stepan Lalayevə bəraət verilmiş, bu işin əsas təşkilatçısı olan S.Şaumyan o vaxtlar Şamaxı qəzasına daxil olmuş rayonlarda ən əziz adam kimi yad edilmişdir. Onun adına küçələr, kolxozlar qoyulmuş, şəkilləri idarələrimizdə ən görkəmli yerlərdən asılmışdır. Bu unutqanlığımız isə bizə çox baha başa gəldi. Minlərlə say-seçmə oğullarımızı, ərazimizin 20 faizini itirdik, 1 milyon soydaşımız öz ölkəsində qaçqına çevrildi.
Hazırda Azərbaycan xalqı, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və Rəşadətli ordumuz tərəfindən geri qazanılan möhtəşəm qələbənin sevincini yaşayır. Azərbaycan hökuməti işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası və yenidən qurulması planlarını işləyir. Qarabağın parlaq və firavan gələcəyinin konturları elə indidən çox aydın görünməkdədir. Müharibəni başlayan, sonda isə kapitulyasiya sənədinə imza atmaqla biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan hazırda öz tarixinin ən ağır günlərini yaşayır. Özü də hələ bu harasıdır, qarşıda işğalçı dövləti indikindən də ağır günlər gözləyir.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter