• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsindəki möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır

  • 29.03.2022, 22:06, Baxış sayı:
  • 475
Vətən müharibəsindəki möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır
Ermənilərin 1918-ci ilin mart ayında xalqımıza qarşı törətdikləri soyqırımı aktından 104 il ötür.
Bu günlər Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan müxtəlif
tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha erməni vəhşiliyinə yönəltməkdir.

Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri deportasiya,soyqırımı və terror siyasəti 200 ildən çoxdur ki,davam edir. Ermənilərin törətdikləri soyqırımı aktları arasında 1918-ci ilin Mart soyqırımı öz miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zən­gəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu Öndər Heydər Əliyevin həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır.
Xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır. Biz bu böyük tarixi Qələbəyə görə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə minnətdarıq. Biz bir xalq,millət olaraq doğma Vətənimiz Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi naminə əzmlə,məsuliyyətlə, fədakarlıqla çalışmalı,bu müqəddəs amal uğrunda var gücümüzlə fəaliyyət göstərməliyik.
“Muğanın səsi”

Vətən müharibəsindəki möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır
Vətən müharibəsindəki möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır
Vətən müharibəsindəki möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır
Vətən müharibəsindəki möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter