• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İnsanlığa qarşı ən böyük cinayət

  • 25.02.2022, 13:29, Baxış sayı:
  • 714
İnsanlığa qarşı ən böyük cinayət
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salındı, kütləvi qətl və qırğınlara düçar oldular. Tarixi havadarlarından böyük dəstək alan mənfur ermənilər 32 il müddətində başladıqları qanlı münaqişə nəticəsində Qarabağımızı, ümumilikdə 20 faiz torpaqlarımızı illərlə işğal altında saxladılar. Bir milyondan artıq soydaşımız öz doğma Vətənində köçkün, qaçqın həyatı yaşamağa məcbur oldu. Tarixi torpaqlarımız, yaşayış yerlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni faşistləri tərəfindən barbarcasına yerlə-yeksan edildi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsi ilə tarixləşdi. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. 30 ilə yaxın müddətdə erməni vandallarının işğalı altında qalan tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 8 Noyabr Azərbaycanın 200 ildə tarixi ədalətinin zəfər çaldığı gündür. İllərdir ki, erməni daşnak qüvvələrinin soydaşlarımıza qarşı törətdikləri faciələrin, qanlı hadisələrin qisası alındı. Ağdaban, Meşəli, Qaradağlı, ən nəhayət, Xocalı qisası ilə böyüyən, düşmənə nifrət hissi ilə yaşayan Vətənimizin mərd oğulları yüzlərlə erməni işğalçısını məhv etdi. Atalar gözəl deyib: "Qisas qiyamətə qalmaz."
Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayətdir. XX əsrin ən dəhşətli facilərindən sayılan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına Xocalı soyqırımı da əlavə edildi. Xocalı soyqırımına yalnız Ümummilli Liderimiz Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi.
1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və Milli Matəm Günü" elan olunub. 1997-ci ilin 25 fevralından Ümummilli Lider Heydər Əliyevin sərəncamına əsasən, hər il fevralın 26-da saat 17.00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir.
Tariximizin qan yaddaşına yazılan Xocalının yanıb kül olmasından 30 il keçir. Erməni barbarlığı bax belə bir tarixi şəhərimizi yer üzündən sildi. Kül olmuş şəhər əfsanəsi yarandı hər bir azərbaycanlının qəlbində. Əslində, məkrli qonşularımız Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. 30 ildir ki, biz bu dözülməz dərdin acısını yaşayırıq.

Ülviyyə Ağayeva,
4 saylı uşaq bağçasının müdiri




Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter