Xocalı soyqırımı qurbanlarının xatirəsi Sabirabada da bir dəqiqəlik sükutla yad edilib
- 26.02.2021, 19:40, Baxış sayı:
- 523
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan ərazisində, o cümlədən Sabirabad da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Muganinsesi.az” xəbər verir ki, Bakı vaxti ilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda avtomobillər siqnal veriblər.
Həmçinin rayon mərkəzində, kəndlərdə dövlət bayraqları endirilib.
Qeyd edək ki, bu gün - fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.