• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Biz güclü olmalıyıq, düşmənimiz “dəmir yumruğ”u daim hiss etməlidir

  • 25.02.2022, 13:10, Baxış sayı:
  • 333
Biz güclü olmalıyıq, düşmənimiz “dəmir yumruğ”u daim hiss etməlidir
Dünyaya özünü məzlum xalq kimi təqdim edən ermənilərin Azərbaycan türklərinə qarşı bir əsrdə bir neçə dəfə törətdikləri soyqırım cinayətləri ağlasığmaz vəhşiliklərlə müşayiət olunmuşdur. Bu cinayətlər içərisində miqyasına və nəticələrinə görə ən dəhşətlilərindən biri Xocalıda dinc və günahsiz insanların kütləvi qətli olmuşdur.
Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü konsepsiya özünü doğrultmaqdadır. Heydər Əliyev Fondunun Birinici vitse-prezidenti Leyla Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” strategiyası da uğurla davam olunmalı və bütün dünya bu insanlıq suçunun günahkarlarını lənətləməlidir. Xocalı soyqırımının baş verməsindən ötən otuz il vaxt ərzində, biz, artıq ikinci ildir ki, bu faciəni qalib xalq kimi anırıq.
Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, onun Ali Baş Komandanı İlham Əliyevin uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu qələbəni şəhidlərimizə borcluyuq! Lakin unutmayaq ki, Ermənistanda soyqırım düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar bizim gələcək nəsillərimiz üçün təhlükədir. "Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır", - Prezident İlham Əliyevin dilə gətirdiyi bu sözlər, erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir.
Biz güclü olmalıyıq, düşmənimiz “dəmir yumruğ”u daim hiss etməlidir. Yalnız bu halda əbədi qələbəmizi təmin etmiş olacağıq!

Nicat Zülfüqarov,
“Azərpoçt” MMC-nin Sabirabad rayon Filialının əməkdaşı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter