• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu gün ölkə mətbuatının sağlam, peşəkar, ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir

  • 17.01.2022, 17:23, Baxış sayı:
  • 278
Bu gün ölkə mətbuatının sağlam, peşəkar,  ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2022-ci il tarixində yerli media kanallarının nümayəndələri ilə görüşünün keçirilməsi, istər ölkə, istərsə də beynəlxalq siyasətə dair yeni formatda Prezidentin fikirlərinin alınması, postmüharibə dövrünə, doğma Qarabağımızın dirçəlməsinə, iqtisadi vəziyyətə, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətlərə dair sualların cavablandırılması, eyni zamanda bu görüşün 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən daha bir böyük hadisə kimi də qiymətləndirilir.
Həmin görüş eyni zamanda dövlət-cəmiyyət münasibətlərinin, iqtidar-müxalifət əlaqələrinin də ən sivil müstəvidə inkişafını və məsuliyyətini göstərməkdədir. Müsahibə zamanı Prezident İlham Əliyevin Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir ifadəsi sözün əsl mənasında bütün sahələrdə qanunun aliliyinin təminatına, nizam-intizamın mükəmməl icrasına və hökumətin əsas hədəfi olan vətəndaşların söz azadlığına, plyuralizmin inkişafına da öz müsbət təsirini göstərəcəkdir. Həmçinin, Cənab Prezidentin jurnalistlərin suallarına dolğun, hərtərəfli cavablar verməsi ondan xəbər verir ki, hökumət cəmiyyətdə baş verən bütün hadisələrin hər birinin həllində, xarici siyasətdə və gələcəyə doğru aparılan strategiyalarda belə məlumatların düzgün formada məhz mətbuat vasitəsilə dünyaya çatdırılmasında birbaşa maraqlıdır.
Bu gün ölkə mətbuatının sağlam, peşəkar, ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir, xüsusilə nəzərə alsaq ki, Azərbaycan geosiyasi olaraq hal-hazırda bir tərəfdən erməni faşizmi ideologiyasını təbliğ etməli, digər tərəfdən isə ölkəmizin davamlı inkişafında, ölkə quruculuğunda nəzərdə tutulan məlumatların dünyaya düzgün çatdırılması kimi məsələləri təmin etməlidir. İstər müharibə vaxtı, istər müharibədən sonrakı ildə Prezident İlham Əliyevin beynəlxalq və yerli mətbuatla ünsiyyətinin formatı, eləcə də apardığı informasiya siyasəti ölkə mətbuatının yeniləşməsində və daha da inkişaf etməsində özünü biruzə verərək bu işin dayanıqlı olacağını bildirməyə əsas verir.

Şükufə Əsgərova,
Sabirabad şəhər sakini, «Əməkdar
mədəniyyət işcisi», təqaüdçü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter