• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yeni ildə də bizi yeni uğurlar gözləyir

  • 30.12.2021, 13:34, Baxış sayı:
  • 467
Yeni ildə də bizi yeni uğurlar gözləyir
Ölkə Prezidentinin ictimai həyatın bir çox sahələrinə -iqtisadiyyat, sosial siyasət, mədəni quruculuq istiqamətində həyata keçirdiyi və qarşıya qoyduğu vəzifələr yeni inkişaf və çiçəklənmə dövrünə qədəm qoymuş Azərbaycanın daha qüdrətli olmasına hesablanmış dəqiq strateji yol xəritəsidir.[/i]
[/b]Son illər müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bildik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
2022-ci ildə ölkə qarşısında daha məsul vəzifələr durur. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə yüksək templə inkişaf edəcəyi nəzərdə tutulur. Eyni zamanda, inflyasiyanın az, əhalinin real gəlirlərinin isə xeyli artacağı proqnozlaşdırılır. 2022-ci ilin dövlət büdcəsi manat ifadəsində son illərin ən böyük büdcəsidir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır.
Cari ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün kifayət qədər vəsait ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətlə çıxmaq üçün mühüm bir imkandır.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir. Xeyli sayda əkinə yararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiyməti metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli gəlir əldə etməsinə imkan verəcək. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.
İşğaldan azad olunmuş rayon və kəndlərdə nəqliyyat və turizm infrastrukturunun inkişafı, yeni aeroportların inşası, əkin sahələrinin yaradılması, bölgənin faunasının bərpası kimi uzunmüddətli layihələrin reallaşdırılması da nəzərdə tutulur.
Biz aqrar sahənin işçiləri də 2022-ci ildə daha yüksək nəticələr əldə etmək üçün indidən bol məhsulun bünövrəsini qoyuruq. Daha yüksək məhsuldarlıq daha yaxşı həyat şəraiti deməkdir. Elə bu məqsədlərlə də bütün qüvvələrimizi səfərbər etmişik.
Biz sabirabadlılar dövlətə, dövlətçiliyə sədaqətli insanlarıq. Prezidentimiz, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək nailiyyətlərimizi artıracağıq.
Nəcəf HÜSEYNOV,
sahibkar, Salmanlı kəndi

Yeni ildə də bizi yeni uğurlar gözləyir
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter