• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad şəhərində küçəyə Milli Qəhrəmanın adı verilib

  • 29.12.2021, 17:52, Baxış sayı:
  • 728
Sabirabad şəhərində küçəyə Milli Qəhrəmanın adı verilib
Şəhid Qəhrəman Murad Mirzəyevin həm də Şəhidlər Xiyabanında büstü qoyulub
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyev 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Murad Mirzəyev 1976-cı ilin 31martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Murad Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.
O, Azərbaycan ordusunun zabiti kimi ABŞ, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.
Murad Mirzəyev 2004-cü ildə ailə həyatı qurub. Şəhidin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı var.
2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.
Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Milli Qəhrəman Murad Mirzəyevin adı əbədiləşdirilərək Sabirabad şəhərinin küçələrindən birinə verilib. Həmçinin qəhrəman döyüşçünün büstü də Şəhidlər Xiyabanında ucaldılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter