• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan artıq yeni quruluculuq və inkişaf mərhələsinə qədəm qoyur

  • 25.12.2021, 08:05, Baxış sayı:
  • 381
Azərbaycan artıq yeni quruluculuq və inkişaf mərhələsinə qədəm qoyur
Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda bu ölkədə vətəndaş məmnunluğunun artırılmasına yol açır ki, bu da öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. İki ildir ki, dünya koronavirus infeksiyası ilə mübarizə aparır. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların xronologiyasına diqqət yetirsək insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev ilk gündən bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salına bilməz. Bu məqsədlə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən 10 fəaliyyət istiqmətini və 4 sektoru əhatə edən 10 sosial yardım proqramı icra edildi. Bu kimi addımlar bir daha təsdiqləyir ki, ən çətin anlarda belə dövlət vətəndaşını unutmur, yüksək rifahını təmin etmək üçün bütün zəruri addımları atır.
Prezident İlham Əliyevin 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları da əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində prioritet olduğunu təsdiqləyir: “Yeni Fərman və sərəncamlar bu istiqamətdə, xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək.
Dövlət başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirmişdir. Eyni zamanda, vuğulamışdır ki, pensiyalar, əmək haqqları ildə ən azı iki dəfə artırılmalıdır. Bu, təbii ki, iqtisadi tərəqqi ilə uzlaşmalıdır. Prezident İlham Əliyevin bu vədi də reallıqda öz əksini tapıb. Belə ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını stimullaşdırır.
Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkiatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamına uyğun olaraq həmin təşklatlarda çalışanların maaşları 2022-ci ilin yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq: “Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürüdür. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.”
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar sırasında şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının xüsusi yer tutur. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlərin artırılması da böyük əhəmiyyət kəsb edir. Təkcə onu qeyd edək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bir sözlə, dövlətimiz hər bir vətəndaşının yanındadır. İqtisadi və maliyyə imkanlarımız artdıqca bu ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünü bürüzə verir. Bu baxımdan böyük inamla qeyd edirik ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və yeni həyat başlayacaq. Bu ərazilərin malik olduğu iqtisdai potensial bütövlükdə ölkə iqtisdiyüatına istiqamətləndiriləcək ki, bu da dayanıqlı inkişafı, sosial siyasəti daha da gücləndirəcək. Azərbaycan sosial dövlət imicinə yeni əlavələr edəcək.

Fərid Hənifov,
Sabirabad rayonu Gənclərin İnkişaf və
Kariyera Mərkəsizinin könüllüsü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter