“Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzində operativ xidmət təşkil edilib
- 30.11.2021, 10:10, Baxış sayı:
- 719
Facebook
Вконтакте
Одноклассники
Google+
Elmira Zeynalova: “Əsas məqsədimiz əhaliyə müasir səviyyədə, beynəlxalq standartlara cavab verən operativ tibbi xidmət göstərməkdir”.Sabirabad rayonunda fəaliyyət göstərən səhiyyə ocaqlarının sırasında “Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzi də vardır. Bu günlərdə müəssisənin direktoru Elmira Zeynalova ilə həmsöhbət olduq. O, müəssisənin fəaliyyəti barədə dedi:
- Biz fəxr edirik ki, 2005-ci il oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad şəhərinin Muğan prospektində inşa olunmuş “Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir. Möhtərəm Prezidentimiz kabinetləri, laboratoriyanı gəzmiş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, təcrübəli həkimlərin və tibbi heyətin çalışdığı belə müasir səhiyyə ocaqlarının açılması sakinlərin müalicə və müayinə üçün paytaxta axınının qarşısını xeyli alacaqdır.
Ölkə rəhbərinin bizim qarşımızda qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. “Muğan Klinika”nın missiyası nizamnaməyə uyğun fəaliyyət göstərməklə, yeni standartlara uyğun tibbi xidmət sistemini və təfəkkürünü formalaşdırmaq və həyata keçirməkdən ibarətdir. Əsas məqsədimiz tibbin son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə rayon əhalisinə müasir səviyyədə, beynəlxalq standartlara cavab verən operativ tibbi xidmət göstərməkdir. Uzaq yerlərə müalicə üçün gedən xəstələrin əziyyət çəkmədən öz yerlərində hər növ tibbi xidmətlər almalarını təmin etmək məqsədilə müəssisəmizdə yüksək ixtisaslı və müasir səviyyədə bilik və bacarığa malik milli tibbi kadrlar çalışırlar.
Əhaliyə daha operativ tibbi xidmətin vaxtında və gecikmədən həyata keçirilməsi məqsədilə “Onlayn Klinika” səyyar tibbi xidmət personalımız ünvanda terapevtik, kardioqramma EKQ və laborator xidmətlər həyata keçirir. Bu isə öz növbəsində pandemiya dövründə və mövsümi xəstəliklərin rayonumuzda qarşısının alınmasında öz töhvəsini verməkdədir. Belə ki, pasient 070 235 77 44 nömrəsinə müraciət etməklə ünvandan çıxmır, lazım olan müayinə və müalicəni ünvanda alır.
“Muğanın səsi”