• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir

  • 29.11.2021, 18:15, Baxış sayı:
  • 355
Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə Toplantısındakı nitqində Azərbaycanın malik olduğu iqtisadi imkanlardan, regional inkişafa, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfələrindən bəhs edərək dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar fonunda iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsini statistik rəqəmlərlə diqqətə çatdırmışdır.
Qeyd edək ki, ölkəmiz pandemiyaya qarşı mübarizəyə başlandığı gündən iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmamasını qarşıya mühüm vəzifə kimi qoydu. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanına uyğun olara 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramı həyata keçirildi. Dövlət başçısı Zirvə Toplantısında bu rəqəmləri diqqətə çatdırmışdır ki, bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkətanın Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib. Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayıb. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Ölkəmiz koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.
Prezident İlham Əliyevin Zirvə Toplantısında diqqət göstərdiyi digər əsas məsələ dövlətimizin qətiyyəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. Bu gün Azərbaycan həyatının yeni dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimiz müasir tələblərə uyğun bərpa edilir. Dövlət başçısının çıxışlarının hər birinin mahiyyətində bu məqam dayanır ki, yeganə rəqibimiz zamandır. Ermənilərin 30 illik işğal dövründə dağıtdıqları ərazilərimizi bərpa etmək üçün zamana böyük ehtiyacımız var. Prezident İlham Əliyev qeyd olunan toplantıdakı nitqində bildirmişdir ki, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm” söyləyən dövlət başçısı qeyd edib ki, azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
Qeyd olunanlar fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi yaranır. Bu da düzgün qurulan sosial-iqtisadi siyasətə əsaslanır. Hazırda Azərbaycanın yeni sosial və iqtisadi modeli dünyada təqdir edilir. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək malik olduğumuz enerji resurslarından səmərəli istifadə etmək məqsədilə imzaladığı “Əsrin müqaviləsi” Azərbaycanın bugünkü reallıqlarına yol açdı. Məhz neft-qaz gəlirlərindən səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açan sosial-iqtisadi layihələrin icrasını, ən əsası 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasıtinin uğurla icrasına yol açdı. 2003-cü ildən cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək atdığı davamlı addımları ilə dayanıqlı inkişafı təmin etdi, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyaraq ən islahatçı ölkələr sırasında yer aldı. Prezident İlham Əliyev Zirvə Toplantısında bu məqamı xüsusi qeyd etmişdir ki, son 18 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artıb. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb.

Mansur Kərimov,
Sabirabad rayon Təhsil şöbəsinin metodisti
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter