• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Böyük ZƏFƏR bizi yeni nailiyyətlərə ruhlandırır

  • 11.11.2021, 15:21, Baxış sayı:
  • 346
Böyük ZƏFƏR bizi yeni nailiyyətlərə ruhlandırır
Həsən HƏSƏNOV, Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının I müavini
Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisası alındı. Prezident cənab İlham Əliyev rəşadətli Ordumuzun Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.
Ölkəmizdə ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu təşkil olundu.
Prezident cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü bir daha dünyaya nümayiş etdirdi. İyul ayında Ermənistan ordusunun Tovuz rayonu istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədində törətdiyi növbəti təxribat, atəşkəsi pozması və hücum cəhdi xalqımızın səbr kasasını yenidən daşdırdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbə vurdu.
Məlum olduğu kimi, işğalçı Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam edirdi. Prezident cənab İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi. 2020-ci il sentyabrın 27-də isə Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı, yaşayış məntəqələrini, hərbi mövqeləri bir neçə istiqamətdən atəşə tutdu. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, xalq müqəddəs Vətən müharibəsinə qalxdı, artıq döyüşlərin ilk saatlarında düşmən geri çəkilməyə məcbur edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurduğunu bildirdi. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadəsi ilə çıxışını bitirən Ali Baş Komandan torpaqlarımızın azad ediləcəyinə, 30 ildən çox davam edən işğala son qoyulacağına əminliyini ifadə etdi.
Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu, ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı.
Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.
Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edirdi, Prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.
Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi.
Prezidentimiz 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edildiyi kimi, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi.
Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-da, cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Müzəffər Ali Baş Komandan İlham ƏLİYEV dəfələrlə yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yollardan keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmişdir.
Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda bir ilə yaxındır ki, genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri istifadəyə verilir, yenilərinin təməli qoyulur. Cəmi 8 ay ərzində Füzulidə beynəlxalq aeroport tikilərək istifadəyə verilib, Füzulidən Şuşaya gedən Zəfər yolunun tikintisi başa çatıb, bir sıra elektrik stansiyaları işə salınıb. Azad olunan rayonlarımızda “ağıllı kənd” layihələri icra olunur. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bərpasının təməli qoyulub.
Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir.
Sabirabad rayonunda da Möhtəşəm ZƏFƏRİMİZİN təntənəsi yaşandı. Bu qəhrəmanlıq salnaməsini xalqımızın tarixinə öz qanları ilə yazmış şəhidlərimizin əziz xatirəsi bir daha ehtiramla anıldı, məscidlərimizdə namazlar qılındı, şəhidlərimizin ruhuna dualar oxundu.
1 il öncə elə bu günlərdə ədalət zəfər çaldı. Bu Azərbaycan xalqının ən azı son 2 əsrlik tarixində öz qanı və canı bahasına qazandığı ilk ən böyük hərbi-siyasi Zəfərimiz oldu. Torpaqlarımız işğaldan azad olundu, 1 milyondan çox qaçqın və köçkün soydaşlarımızın öz doğma yuvalarına qayıtmaq xəyalları gerçəkliyə döndü. Azərbaycan tarixinə şərəfli bir gün yazıldı – Zəfər Günü.
Bu şərəfli tarixin müəllifi münaqişənin sülh yolu ilə həll olunması üçün uzun illər ərzində usanmadan çalışan, xalqımızın istək və arzularını reallaşdırmaq üçün Azərbaycanı dünya siyasətinin bütün labirintlərindən ən yüksək siyasi məharətlə keçirərək anbaan qələbəyə yaxınlaşdıran və nəhayət “İrəli” əmrini verməklə Ordumuzu bu şanlı Qələbəyə qovuşduran Prezidentimiz, Müzəfər Ali Baş Komandan İlham Əliyev oldu.
Bu, bütün Azərbaycanın və Yer üzərində yaşayan bütün azərbaycanlıların Zəfəridir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter