• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İşğaldan azad edilmiş ərazilərimizdə bayrağımız şərəflə dalğalanır

  • 11.11.2021, 15:17, Baxış sayı:
  • 348
İşğaldan azad edilmiş ərazilərimizdə bayrağımız şərəflə dalğalanır
Telman ƏZİMOV, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri
ZƏFƏRİMİZİ qeyd etdiyimiz bu günlərdə üçrəngli bayraqlarımız Vətən göylərində şərəflə dalğalanır. Biz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə həmin bayraq işğaldan azad edilmiş ərazilərimizdə ucaldıldı.
Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.
BMT-nin Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 190-dan artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Bütün beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında müqəddəs bayrağımızın dalğalandığını gördükdə hər bir azərbaycanlının qəlbi dağa dönür. Milli kimliyimizin rəmzi hesab olunan üçrəngli ay-ulduzlu bayrağımız kiçikdən böyüyə hər birimizə fəxarət hissi yaşadır. Bu gün müqəddəs Azərbaycan bayrağı doğma Qarabağımızda dalğalanır. Türkçülüyümüzün, müasirliyin və islam dininə mənsubluğumuzun mənalarını üzərində rənglərlə ehtiva edən müqəddəs atributumuz öz tarixi torpaqlarımızda dalğalanmaqla bütün dünya azərbaycanlılarına qürur və sevinc hissi yaşadır. Bu sevinci bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Rəşadətli Ordumuza minnətdarıq. Azad olunmuş şəhərlərimizə, qəsəbələrimizə və kəndlərimizə dövlət bayrağımızı sancan əsgərlərimizə eşq olsun. Bayrağımızı həm beynəlxalq arenalarda, həm də ölkəmizdə uca zirvələrdə dalğalandıran Prezidentimizə eşq olsun! Yaşasın Müstəqil və qüdrətli Azərbaycan! Bayrağımız hər zaman ucalarda dalğalansın!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter