• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Suqovuşanda şanlı bayrağımız dalğalanır

  • 16.10.2021, 21:54, Baxış sayı:
  • 363
Suqovuşanda şanlı bayrağımız dalğalanır
Varis RÜSTƏMOV, millət vəkilinin köməkçisi
Vətən müharibəsindən artıq bir il keçib və biz möhtəşəm zəfərlərimizin ildönümlərini qeyd edirik. Bu mənada ötən ilin oktyabr ayının 3-də, müharibənin yeddinci günündə Azərbaycan Ordusunun Tərtər rayonunun Suqovuşan qəsəbəsini və Talış kəndini Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək həm strateji mənada, həm də ordunun və xalqın döyüş ruhunun yüksəlməsində fövqəladə rol oynaması baxımından əlamətdar olan zəfərlərin birinci ildönümü qeyd edilir.
Bu möhtəşəm zəfərlərin ildönümündə Ali Baş Komandan İlham Əliyev bölgəyə səfər edərək həm Talış kəndində, həm də Suqovuşan qəsəbəsində şanlı bayrağımızı dalğalandırdı. Bu mühüm hadisənin çox dərin rəmzi mənası və əhəmiyyəti vardır. Ölkə Prezidentinin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı bayrağımızın ucaldılması mərasiminin xüsusi qeyd olunması işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi bir mesajı çatdırır: Bayrağımız torpaqlarımızda daim dalğalanacaq, biz doğma Qarabağımızda əbədi yaşayacağıq. Bəli, üçrəngli bayrağımızın işğaldan azad olunan torpaqlarımızın hər bir qarışında dalğalanması Azərbaycan xalqının bu torpaqlarda əbədi olaraq yaşayacağını və bir daha əsla işğala izin verməyəcəyini nümayiş etdirir.
Qeyd edək ki, ölkə başçımız Suqovuşan qəsəbəsində bayrağımızı ucaltdıqdan sonra geniş nitqlə çıxış etdi və bir çox vacib məqamlar haqqında fikirlər səsləndirdi. İlk olaraq Suqovuşan və Talışın Azərbaycan Ordusunun nəzarətinə keçməsilə düşmənin manevr ehtimallarının azaldığını bildirən Ali Baş Komandan döyüşün son gününə kimi buradakı qüvvələrin digər əməliyyatlarda iştirak edə bilmədiyini vurğuladı. Eyni zamanda o da bildirildi ki, bütün işğal dövrü ərzində düşmən Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror həyata keçirirdi. Belə ki, Ermənistan dövləti yay mövsümündə suyu kəsir, qış mövsümündə isə suyu buraxırdı. Bununla da yayda kəndlilərimiz, fermerlərimiz susuz qalır, qışda isə daşqınlara səbəb olan təbii fəlakətlər törədilirdi. Bu, bir daha göstərir ki, biz hansı əmələ sahib, necə çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edərək Azərbaycana daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi bütün Qarabağın və Şərqi Zəngəzurun olduğu kimi Suqovuşanın da tək hakimi Azərbaycandır.
Ölkə başçımızın bölgəyə səfəri əlamətdar anlarla da yadda qaldı. Cənab İlham Əliyev səfəri çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etmiş, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoymuş və Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhər sakini Sahib İsmayılovun dağılmış evinə baxış keçirmiş və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olmuşdur. Qeyd edək ki, ölkə başçımızın rayon sakininin raket hücumu nəticəsində dağılan evini ziyarət etməsi erməni vəhşiliklərinin təqdimatında mühüm rol oynamaqdadır. Belə ki, müharibə dövründə Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlər, şəhər, qəsəbə və kəndlərin raketlərdən atəşə tutulması, dinc insanların hədəfə götürülməsi hərbi cinayətdir. Və bunların dünyaya çatdırılması vacibdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter