• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ZƏFƏR bayramımızın sevincinə Dövlət Bayrağı gününün sevinci də qarışıb

  • 03.11.2021, 18:02, Baxış sayı:
  • 418
ZƏFƏR bayramımızın sevincinə   Dövlət Bayrağı gününün  sevinci də  qarışıb
Belə möhtəşəm tarixlər az halda üst-üstə düşür. Bayrağımız bizim qürur
mənbəyimizdir. Bayrağımız bizim şanlı atributumuzdur. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bu günün təməli cənab Prezident İlham Əliyev tərəfindən 2009 – cu il noyabrın 17 – də imzalanmış sərəncamla qoyulmuşdur. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 – u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların , o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü olub, üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya yaymağa başlayıb. Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlılarını bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləyirik.
Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür, xalqımız bu siyasətin real nəticələrinin canlı şahididir. Bax bu gün xalqımız ZƏFƏR BAYRAMINI və Dövlət Bayrağı gününü qeyd edir. Cənab Prezidentimiz İlham Əliyev demişdir:
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib”.
Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bəli, bu günümüzə qədər Azərbaycan çox çətinliklərdən keçmişdir. Lakin biz bu gün üzü ağ və başımız dikik. Prezidentimizin atdığı hər addım dövlətimizi yüksəklərə, ən ali zirvələrə qaldırır. Bu enişli-yoxuşlu yollardan gəlib keçməyimizə təkan verən bizim ən böyük dəyərimiz Ulu Öndər Heydər Əliyev olmuşdur.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter