• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır

  • 17.10.2021, 09:53, Baxış sayı:
  • 398
 Azərbaycan müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır
Müstəqillik - əsas dəyərimiz, ən böyük nemətimizdir. Azadlıq, müstəqillik xalqlar,millətlər üçün ən müqəddəs,ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq və qazanmışıq. Ümumilli lider Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir,sarsılmazdır, dönməzdir" sözləri bizim hər birimizin yaddaşına ömürlük həkk olunub. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə Azərbaycanın dünyaya nüfuzunu bir daha göstərdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi, bölgədə yaranan yeni reallıqlar, ölkəmizin dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz, ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və dövlətçilik tariximizdə böyük əhəmiyyətə malik günlərin mahiyyət və məzmun baxımından daha da dəqiqliklə təsbit olunması zərurəti vacib bir hal oldu. Erməni tarixçilərinin iddiasına görə 1991-ci il 18 oktyabrda müstəqillik qazanmış Azərbaycan ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayət"i mövcud olmuyub.
Ermənilər bunu "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"na istinad edirlər. Bu baxımdan 28 May tarixinin Müstəqillik günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim edilmiş və artıq birinci oxunuşda qəbul edilmiş qanun layihəsi çox mühümdür. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının məzmunu ilə başlığı arasında olan uyğunsuzluq bu qanun layihəsinə əsasən aradan qaldırılır. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bugünkü müstəqil Azərbaycanın dövlət atributları- gerbi, bayrağı və himni Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi atributlardır. Bu müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu göstərir və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ərazi olaraq heç bir "Dağlıq Qarabağ Muxtar Vilayət"i adlı qurum mövcud olmamışdır.

Südabə Əliyeva,
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Sabirabad rayon filialının əməkdaşı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter