Toxum sərgi-satış yarmarkası keçirilib
- 14.09.2021, 09:25, Baxış sayı:
- 389
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadın toxumçuluqla məşğul olan təsərrüfatlarında yetişdirilən toxum sortları da nümayiş olunub.
Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Saatlı rayonunda toxum sərgi-satış yarmarkası keçirilib.
Yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa əlaqənin qurulmasına kömək etmək məqsədi ilə keçirilən yarmarkanın açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.
Yarmarkada Sabirabad, Hacıqabul və digər rayonlarda da toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən toxum sortları nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-ə qədər fermer qatılıb. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edib.
/Muganinsesi.az/