• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham ƏLİYEV ELAN ETDİ: Ermənistandakı bütün yerlər... - VACİB MƏLUMATLAR

  • 27.08.2021, 10:37, Baxış sayı:
  • 443
Prezident İlham ƏLİYEV ELAN ETDİ: Ermənistandakı bütün yerlər... - VACİB MƏLUMATLAR
Prezident: İndiki Ermənistan ərazisində
yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır.

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı - ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə, Kəlbəcər və Laçına növbəti dəfə səfər etdilər. Qələbəmizdən, Zəfərimizdən ötən cəmi 9 ay ərzində artıq sayını-hesabını itirdiyimiz növbəti səfər, həm də Kəlbəcərimizə ilk ziyarət gerçəkləşdirildi.
Hər bir səfərdə ölkə Prezidenti mütləq şəkildə geniş tarixi çıxış edir, nitq söyləyir, xəbərdarlıqlarını çatdırır, mesajlarını ötürür. Bu dəfə də istisna təşkil etmədi: Prezident yenə geniş və dərin məzmunlu çıxış etdi, yenə də hər kəsə yetəcək cavablar verdi, mesajlar ötürdü. Müzəffər Ali Baş Komandan bir daha İkinci Qarabağ Müharibəsini tarixi Zəfər adlandırdı. Qeyd etdi ki, Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır.
Ali Baş Komandan qəti olaraq bildirdi ki, “Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”.
Ölkə başçısı Kəlbəcərə səfəri zamanı Azərbaycan mediasındakı incə bir çatışmazlığa da toxundu. Bu elə bir çatışmazlıqdır ki, mütləq şəkildə aradan qaldırılmalıdır. Bu, həm tarixi ədalətin bərpasına xidmət edən bir məsələdir, həm də xalqımızın tarixi yaddaşının unudulmasına imkan verilməməsidir.

Məsələyə bir qədər də geniş yanaşmaq istəyirik. Prezident Kəlbəcər-Basarkeçər yolu üzərində çıxış edərkən söylədi ki, Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir.
“...Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.
Bəli, prezident bu dəfə hazırkı Ermənistan dövlətinin tarixi Azərbaycan ərazilərində qurulduğunu elə toponimlər məsələsinə toxunmaqla bildirdi. Jurnalistləri, bu bölgədən yazı, reportaj hazırlayanları da diqqətli olmağa çağırdı. 44 günlük Vətən Müharibəsindən sonrakı prosesləri izləyən və bu istiqamətdə xəbər hazırlayan həmkarlarımız hadisə haqqında daha müfəssəl məlumat hazırlayarkən bəzən erməni mediasına müraciət edir. Düşmən mənbələrinə də göz gəzdirir. Bu da bir sıra hallarda Ermənistandakı tarixi yer adlarımız və toponimlərimizlə bağlı nöqsanlara yol verilməsi ilə nəticələnir. İndi jurnalistlərimiz daha diqqətli olmalı, Göyçə, Zəngəzur, Basarkeçər, Dərələyəz, Vedi mahallarının kəndləri, yaşayış məntəqələrini ermənilərin dəyişdirdikləri adlarla deyil, tarixi dədə-baba adlarımızla yazmalı, adlandırmalıdır. Məsələn, Prezident demiş, ermənilər Yerasxdakı mövqelərindən Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub ifadəsində “Yerasx” yox, Arazdəyən işlətməliyik. Bu, ən başlıcası tariximizə, keçmişimizə hörmətdir.
Bəs jurnalistlər üçün Ermənistandakı tarixi kənd, mahal, oba adlarını daha dəqiqliklə öyrənmək, materiallarda toponimləri, oykonimləri olduğu kimi vermək üçün mənbə varmı? Bəli, var. İbrahim Bayramov və Nazim Mustafanın birgə qələmə aldığı, ən əsası, ölkə başçısının tövsiyələri əsasında hazırlanan bir kitab var: “Həqiqətin onomastikası”. Çox möhtəşəm bir kitabdır. İçərisində xəritə də var və həmin xəritədə tarixi Azərbaycan əraziləri, indiki Ermənistan dövlətinin sərhədləri daxilində qalan kəndlərimiz yer alıb. Özü də indiki qondarma adları ilə yanaşı, tarixi adları da aydn və qabarıq şəkildə əks olunub. Bölgə haqqında yazılar, reportajlar, videomateriallar hazırlayan jurnalistlər üçün stolüstü kitab olan bu əsər hər bir redaksiyada olmalıdır. Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılmasına həsr olunub.
İndi isə keçək Ermənistandakı tarixi kənd adlarımızın tanıtımına. Biz də “Həqiqətin onomastikası”na əsaslanaraq hazırda mediada ən çox adları keçən, gərginlik bölgəsinin episentrində yer adlarını təqdim etməyə:
Zəngəzur-Dərələyəz bölgəsinin toponim və oykonimləri:
MEHRİ –(Meqri), BƏSİTÇAY –(Tsav), QAFAN – (Kapan), GORUS – (Qoris), MİSXANA -(Qacaran), XOLACÇAY (Noraşenik), ƏYRİÇAY (Ayriget), OXÇUÇAY (Voxci), BAZARÇAY (Vorotan), LİZİNÇAY (Loradzor), NÜVƏDİ – (Nuvadi), NÜVƏDİÇAY – (Nuvadiget), NÜVƏDİ- (Nrnadzor), ARAZDƏYƏN – (Yerasx), XINZİRƏK (Xınzırak) , QURUÇAY (Qladzor) ƏRDƏPİN (Yexegis), SALLIÇAY (Salıget), GÜLÜDÜZ (Vardohoyit), OYUABAZ (Herher), QARAGÖL (Sevliç)...
Göyçə-Basarkeçər bölgəsi:
BASARKEÇƏR (Vardenis), DƏRƏÇAY (Daranak), GÜNEY (Satanxaç), PƏMBƏK (Pambak), ŞİŞQAYA (Şişkert), ÇƏMBƏRƏK (Şrjan), DİLİCAN (Deliakan), QARAKİLSƏ (Kirovakan), SOYUQSU (Paxcur), CALAÇAY (Spitakacur), TOVUZQALA (Berd), HƏSƏNSU (Axum), TƏRSƏÇAY (Getik), ŞAMPILDƏRƏ (Tsapatax), KƏVƏR (Qavar), KARVANSARAY (İcevan), COĞAZÇAY (Coğas), GÖYÇƏ (Sevan), ZƏNGİ (Razdan), AXTA (Akxta)...
Qafan rayonu üzrə:
ZEYVƏ (David-bek), DƏYMƏDAĞLI (Şrvenants), KİLSƏKƏND (Sraşen), KÜRDKƏND (Lernadzor), SİRKƏTAS (Xdrants), AXTAXANA (Xladağ), MAHMUDLU ÇAYKƏND (Gütqum Gehanuş), PİRMƏZRƏ (Katnarat), DÖRDNÜ (Antaraşat), YUXARI GÖDƏKLİ (Verin Godaklu), AŞAĞI GÖDƏKLİ (Nerkin Godaklu), AŞAĞI HAND (Nerkin Hand), GIĞI (Gexi), KEYPƏŞİN (Kefaşen), QARADIĞA (Karatqa), ŞABADIN (Yeğek)...
Qaraqoyunlu bölgəsi:
İRƏVAN (Yerevan), ÜÇKİLSƏ (Eçmedzin, Vağarşapat), QARASU (Sevsı), AZAD (Qarniget), ELLƏR (Abovyan)
KARVANSARAY (İcevan) rayonu üzrə:
GÜNEY (Getaşen), QARADAŞ (Sevkar), LALAKƏND (Aşhigah), KÜRDƏVAN (Yenokavan), SARIGAH (Sarıgyuğ), UZUNTALA (Onut), POLAD (Xaçardzon), ÇİÇƏKBULAQ (Murteyil) ...
Digər bölgələrdən adı mediada tez-tez hallanan kənd adları:
HAQQIXLI (1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən Hovk), HƏKƏRİ – Akori (Allaһverdi rayonu).
ŞINIX – Şnox (Allaһverdi rayonu), KEYPƏŞİN – Kefaşen (Qafan rayonu)
QARADIĞZ – Karatqa (Qafan rayonu)
Hacıqara - Makaraşen – Lernapat (Böyük Qarakilsə rayonu).
Qaradağlı – Tsaxkaşen – Mrqavet (Qəmərli rayonu).
Məlikkənd – Melikgyuğ (ermənicə “gyuğ” – “kənd”deməkdir; Abaran rayonu).
Təzəkənd – Tazagyuğ (Zənqibasar rayonu). Yarpızlı –Lçavan, Yuxarı Zağalı - Verin Zağalu, Axbradzor, Tüskülü –Lusakunk, Çiçəkli (Qızılvəng) - Makenis;
Sarıyaqub - Çaqadzor, Subatan -Geğakar, Şişqaya-Quqariç, Şəfəq /Kərkibaş/ - Vanevan, Hacıqara - Makaraşen, Sarımsaxlı - Karaberd, Ovandərə-Ovnanadzor, Əgərək-Aqarak.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter