• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir

  • 27.08.2021, 10:32, Baxış sayı:
  • 257
Əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir
Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi, 30 il ərzində ermənilər tərəfindən darmadağın edilən torpaqlarda abadlıq və quruculuq işlərinin başlanılması dövlət başçısının bu məslələrə mühüm əhəmiyyət verdiyinin sübutudur.
Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və orada Azərbaycanın üçrəngli bayrağını dalğalandırması bir daha düşmənin bizi amalımızdan döndərə bilməyəcəyinin sübutu idi.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur.
Nəinki torpaqlarımızı, qədim toponimlərimizi, yer adlarımızı da özümüzə qaytarırıq. Belə ki, Ermənistanı Qarabağla birləşdirmək üçün düşmənin çəkdiyi ikinci yol olan Basarkeçər-Kəlbəcər yolunu göstərən İlham Əliyev Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyildiyini, ancaq bu bölgənin əsl adının Basarkeçər qədim yurd yerimiz olduğunu vurğuladı.
Dövlət rəhbərinin Kəlbəcər və Laçın ərazisində arıçılıqla, heyvandarlıqla məşğul olan sakinlərlə görüşməsi, onlara xeyir-dua, ürək-dirək verməsi səfərin yaddaqalan gözəl, səmimi məqamlarındanıydı.
Kəlbəcər və Laçın rayonları bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhfə vermək imkanlarına malik olacaq. Həm Kəlbəcər və Laçın arasında, həm də Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında beynəlxalq hava limanın inşası hər iki rayonun növbəti dövrdə stareji əhəmiyyətini daha da artıracaq. Bu bölgənin turizm potensialını nəzərə alsaq inşa olunacaq hava limanı sayəsində beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi turizmin inkişafına səbəb olacaqdır.
Bu səfər bir daha göstərdi ki, ortada Azərbaycan Prezidentinin və xalqının siyasi iradəsi var. Bizim çox geniş maliyyə, insani resurslarımız var. Bütün bunların nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması prosesi sürətlə həyata ke­çiril­­məkdədir.

Mirəziz TALIBOV,
Quruzma kənd ağsaqqalı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter