• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Azərbaycan bayrağı” ordenli. Qorxmaz döyüşçü

  • 29.07.2021, 10:05, Baxış sayı:
  • 387
“Azərbaycan bayrağı” ordenli.  Qorxmaz döyüşçü
“Azərbaycan bayrağı” ordenli.  Qorxmaz döyüşçü
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bəşər tarixinin ən qanlı faciələrindən biri yaşanmışdır. Xocalı sakinlərinə qarşı soyqırım aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. Həmin gecə erməni faşistləri keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutmuşlar. Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insanları qətlə yetirilmişlər. Nə qədər uşaq valideynsiz qalmışdır. Cavan, qoca, uşaq, qadın fərq qoymadan vəhşicəsinə qətliam törədilmişdir. Biz Xocalı qurbanlarını ehtiramla yad edirik. Onların ailələrinin, xalqımızın acılarını paylaşırıq.
Bu günlərdə həmin dəhşətli günləri yaşamış “Azərbaycan bayrağı” ordenli kapitan, mərhum Sərvər Rəcəbovun Sabirabad rayonunun Axısxa kəndində yaşayan ailəsində olduq. Onun həyat yoldaşı Elmira xanım bunları söylədi:
-Xocalı qətliamı mənim qəlbimdə dərin və kədərli izlər buraxıb. Həmin dəhşətli günləri xatırladıqca aldığım travma hələ də mənə əzab verir. Xocalı faciəsinin dəhşətli anları hələ də beynimdədir. Bu barədə söhbət düşəndə sanki həmin faciəli anları yenidən yaşayıram. O gecə ermənilər Xocalıda evləri yandırır, insanları vəhşicəsinə qətlə yetirirdilər. Sağ qala bilmək üçün insanlar meşələrə üz tutmuşdular. Həmin gün cəmi beş gün əvvəl doğulmuş körpəmi də götürüb ailəmizlə, digər xocalılarla birlikdə böyük məhrumuyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bildik. Sərvər bizi təhlükəsiz yerə çıxardıqdan sonra yenidən ermənilərlə döyüşə qayıtdı. Xocalı batalyonunun komandiri kimi böyük qəhrəmanlıqlar, şücaətlər göstərdi. Hamı onu “Qorxmaz döyüşçü”,- deyə çağırırdı. O zaman Sərvər adamları xilas etdi, onları ölümün pəncəsindən qurtardı. Bu fədakarlıqlarını nəzərə alan Ulu Öndər Heydər Əliyev Sərvər Rəcəbovu “Azərbaycan bayrağı” ordeni ilə təltif etmişdir.
Öyrəndik ki, Sərvər Məmməd oğlu Rəcəbov 1961-cil sentyabrın 21-də Özbəkistanda anadan olub. Ahıska türküdür. Orada milis orqanlarında çalışıb. 1989-cu ildə məlum hadisələrdən sonra Azərbaycana gəlib, Şuşada məskunlaşıblar. Sonra Xocalıya köçüblər. Burada milis (polis) sıralarında xidmət etməyə başlayıb. Həmin vaxtlarda ermənilər Xocalıya hücumlar təşkil edirdilər. Sərvər Rəcəbov Xocalı özünümüdafiə batalyonu yaradaraq 1989-cu ildən 26 fevral 1992-ci ilə-Xocalı soyqırımı gününədək Xocalı ətrafinda postların qurulmasını və şəhərin qorunmasını təşkil etmişdir. Sərvər Rəcəbov ötən il haqq dünyasına qovuşmuşdur.
Evdar qadın olan Elmira xanımın 7 övladı, 11 nəvəsi var.
Söhbətimizin sonunda Elmira xanım vurğuladı ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni faşistlərinə döyüş meydanında sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin qanı yerdə qalmadı. Qarabağ düşməndən azad edildi, qələbəmiz qısa müddətdə təmin edildi.
E. XƏLİLOĞLU
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter