• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizdə məqsədyönlü, düzgün siyasət aparılır

  • 29.07.2021, 09:39, Baxış sayı:
  • 381
Ölkəmizdə məqsədyönlü, düzgün siyasət aparılır
Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan Şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşımızda duran mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır və artıq bərpa işləri bir neçə müddətdir davam edir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə “Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq”, - deyə vurğulamışdır. Digər əsas sahələrdən biri yol infrastrukturudur ki bununla bağlı da ölkə başçısı çıxışında “Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zən­­gilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir” bildirmişdir.
Bu sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, düzgün siyasətin nəticəsidir. Son 18 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik ölkə kimi tanınır. Hazırda Azərbaycan iqtisadiyyatının maliyyə təminatı yüksək səviyyədədir. Milli iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilir. Bütün bunlar iqtisadi gücümüzü, dünyadakı reytinqimizi artıran amillərdir.

Pakizə MƏMMƏDOVA,
“Əməkdar jurnalist”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter