• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaq

  • 19.03.2021, 08:23, Baxış sayı:
  • 448
VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaq
5 mart 2021-ci il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir. Bu gün Azərbaycan özü yeni reallıqlar yaradan ölkədir. 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz yeni reallıqların yaranması prosesini inkişaf etdirən başlıca istiqamətlərdəndir. Qurultayın keçirilməsi bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.
Sonuncu qurultaydan ötən illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələrlə yadda qalıb. Ən başlıcası isə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
Qarabağ bölgəsinin özünün enerji istehsal etmək potensialının yüksək olması nəzərə alınaraq Prezident İlham Əliyevin göstərişi ilə işğal illərində dağıdılan Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyasının bərpası sürətlə həyata keçirilir, Laçın rayonunda "Güləbird" Su Elektrik Stansiyası təmirdən sonra istismara verilmişdir. Bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində İran İslam Respublikası ilə birlikdə tikilən "Xudafərin" və "Qız qalası" su elektrik stansiyaları da mühüm rol oynayacaq.
Qarabağ bölgəsində nəqliyyat strukturunun inkişafı ilə bağlı artıq Füzulidə hava limanının tikintisinə başlanılıb və Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə və eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə olan böyük planlar reallaşacaq.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.
YAP-ın VII qurultayinda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciətinin qəbul edilməsi milli birlik və siyasi həmrəyliyin yeni modelinin təzahürüdür. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin VII qurultayda yekun nitqində digər partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasını siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olaraq dəyərləndirmiş və bu addımın olduqca əlamətdar hadisə olduğunu qeyd etmişdir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olmaqla yanaşı, həm də göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
VII qurultay çərçivəsində təşkilati məsələlərlə bağlı qərarlar, həmçinin partiyanın yeni nizamnaməsi qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfər tərkibdə Təftiş Komissiyası təsdiq edilmişdir. Eyni zamanda, yeni qurum olan Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılmışdır ki, bu qurumun da tərkibi 35 nəfər olaraq təsdiq edilmişdir. Qəbul olunmuş yeni qərarlar partiya fəaliyyətinin inkişaf sürətini daha da artıracaq.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır.

Bilal ƏHMƏDOV,
YAP-ın üzvü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter