Ermənistanın hərtərəfli süqutu
- 27.07.2021, 10:16, Baxış sayı:
- 370
Facebook
Вконтакте
Одноклассники
Google+
Müharibədəki acı məğlubiyyət erməni cəmiyyətində psixoloji və dövlətdə isə dərin siyasi böhran yaratdı. Uydurduqları mifin dağılması,ordunun 80 faizinin məhv edilməsi,demoqrafik fəlakət üstəgəl müharibənin gətirdiyi sosial böhran Ermənistan dövlətinin var olma məsələsini sual altına qoyur. Sonuncu seçkilərdə keçmiş Qarabağ döyüşlərinin canilərinin məğlubiyyəti isə artıq erməni cəmiyyətinin də bu məsələlərdən bezdiyini göstərir. Onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə razılaşmaq olmaz. Biz hesab edirik ki, bu, bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik.
Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır. Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar.
Zamiq Muxtarov,
Sahibkar