• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İcra olunacaq layihələr ölkəmizi böyük turizm mərkəzinə çevirəcək

  • 26.07.2021, 14:12, Baxış sayı:
  • 439
İcra olunacaq layihələr ölkəmizi böyük turizm mərkəzinə çevirəcək
İyul ayının 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Ermənilərin təxribatlarının özləri üçün pis nəticələnəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayan işğalçı atəşkəsi pozmaqla psixoloji, mifoloji «xəstəliklərinin» sağalmadığını bildirir.
Müsahibədə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, bölgədəki canlanmadan bəhs edən Prezident İlham Əliyev son günlərdə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan Ermənistanın Şuşanı, Naxçıvanı, Kəlbəcəri atəşə tutmasına da münasibət bildirib. Qeyd edilib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlar uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. 44 gün ərzində bu ordu məv edildi. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır və onların bütün təbliğatı mifdir.
Dövlət başçımız İlham Əliyevin «Mən deyirəm, Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var. bir əsr bundan əvvəl – 7 iyul 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı.
Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə» sözləri Ermənistanın xunta rejimini revanşist çağırışlar səsləndirməyə vadar edənlərə cavabıdır.
Ermənistanı yeni müharibəyə sövq edənlərin Azərbaycana ikili standartlardan yanaşmasının, ədalətsizliyin bir nümunəsi də Avropa İttifaqının Ermənistana 2,6 milyard, Gürcüstana 2,3 milyard avro vəsait ayırması müqabilində müharibədən daha çox əziyyət çəkən, əraziləri, tarixi abidələri ermənilər tərəfindən dağıdılan Azərbaycanı «unutmasıdır.» Dövlət başçımızın vurğuladığı kimi, Aİ bu ermənipərəstliyin səbəblərini də açıqlamalıdır. Ermənistana verilən qədər vəsait eyni şərtlərlə bizə də təklif olunmalıdır.
Əsas odur ki, Azərbaycanın siyasi leksikonuna «Zəngəzur dəhlizi» sözü yenidən yazılıb. Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizindən yazır, siyasətçilər bu dəhlizin əhəmiyyətindən bəhs edirlər. Yəni, Ermənistan artıq sülh müqaviləsini imzalamalıdır. Sərhədlərin delimitasiyası ilə bağlı Avropa İttifaqının, Türkiyənin, Rusiyanın mövqeyinin vəhdət təşkil etməsi bu reallığı təsdiq edir.

Ağakərim Sadıqov,
Qafqaz Müsəlmanları İdarəsinin
Sabirabad rayonu üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter