• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

143 baş qoyun oğurlayan şəxs saxlanılıb

  • 05.07.2021, 18:00, Baxış sayı:
  • 317
143 baş qoyun oğurlayan şəxs saxlanılıb
Verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
D.Mirzəliyev tərəfindən oğurlanmış 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb araşdırmalar aparılır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter