Sabirabad: Ferma sahibinin iddialarına DİN-dən REAKSİYA
- 27.06.2021, 21:48, Baxış sayı:
- 429
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi vətəndaşın Sabirabad rayon Polis Şöbəsi barədə iddialarına cavab verib.
Bu barədə nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.
"Vətəndaş Məhəmməd Əliyev ona məxsus fermadan edilən oğurluq hadisəsi ilə bağlı Sabirabad rayon Polis Şöbəsi barədə etdiyi narazılığa cavab olaraq bildirmək istəyirəm ki, zərərçəkmiş M.Əliyev şöbəyə müraciət edərək, bu il may ayının 27-də fermadan xırdabuyn
Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov tutularaq məsuliyyətə cəlb olunublar. Dindirilmə zamanı həmin şəxslər oğurluq yolu ilə ələ keçirdikləri heyvanları Gəncə şəhəri ərazisində yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla bağlı Tufan Bayramov və Vilayət İsrafilov barəsində rayon Polis Şönəsinin İstintaq Bölməsində açılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir, zərərçəkmişə məxsus heyvanların yerlərinin təyin olunması və geri qaytarılması istiqamətində tədbirlər görülür".
Qeyd edək ki, bəzi KİV-də Sabirabadda Neftçala rayon sakini Məhəmməd Əliyevə məxsus fermadan 178 baş qoyun oğurlayan şəxslərin saxlanıldığı, lakin vətəndaşa dəyən ziyanın ödənilmədiyi barədə məlumatlar dərc olunub.