• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşamızdan bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi

  • 18.06.2021, 13:31, Baxış sayı:
  • 367
Şuşamızdan  bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi

Qarabağın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalından sonra növbəti tarixi hadisəni yaşadı. Türkiyə və Azərbaycan Prezidentlərinin belə bir tarixi sənədi Şuşada imzalanmasının rəmzi mənası vardır. Şuşadan dünyaya mesajları özündə əks etdirən bu Bəyannamədə bütün sahələrin inkişafına xidmət edəcək addımlar öz əksini tapıb. Qarabağın tacı Şuşamızdan bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya getmək istəyini ifadə etmişdir. Bu istək 6 aydan sonra reallığa çevrildi. Qarabağın döyünən ürəyi qonaqlarını qarşılamaqdan qürurlandı. Bu istəyin məhz Milli Qurtuluş Günündə gerçəkləşməsi səbəbsiz deyil. Azərbaycanın müstəqilliyinin daimiliyinin başlanğıc nöqtəsi olan 15 iyun 1993-cü ildən başlanan yol tariximizə Zəfər Günümüzü yazdı. Milli Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi Şuşamızı bizə qaytardı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti bugünkü reallıqları yaratdı. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Ümummilli Liderin xidmətləri əvəzsizdir. Məhz Şuşa Bəyannaməsində böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin iki qardaş ölkənin əlaqələrinin inkişafına yol açan tezisləri öz əksini tapıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Şuşada Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu tarixi kəlamlar fəaliyyətimiz üçün əsas faktordur. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdirir və gələcək nəsillərə yol göstəririk.
Bu tarixi səfərdən sonra mədəniyyət paytaxtımızın həyatında yeni səhifə açılır. Şuşadan bölgəmizə və dünyaya verilən mesajlar çox önəmlidir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə qardaş Türkiyənin dəstəyi böyükdür. Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı da gələcək hədəflərin açıqlanmasında yardımçıdır. Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, qardaş ölkənin bölgədə fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməsini təmin edəcək. Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaranır. Bir daha dünyaya sübut olunur ki, bu birlik nümunədir.

Elşad Mühiddinov,
Sabirabad rayonu Bulaqlı kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter