• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

  • 09.06.2021, 17:24, Baxış sayı:
  • 368
YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Ölkələr arasında əlaqələrin inkişafında hakim partiyaların rolu inkaredilməzdir. Bu baxımdan Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əlaqələr nümunə kimi qeyd edilə bilər.
Fəaliyyətində beynəlxalq əməkdaşlığa önəm verən Yeni Azərbaycan Partiyası hər zaman siyasi partiyalarla münasibətlərin möhkəmlənməsinə, yeni priolritetlər üzrə inkişafına diqqət göstərir. Bu günlərdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri də əlaqələrin inkişafında yeni mərhələnin əsası oldu. Azərbaycanın tarixi Qələbəsindən sonra reallaşan bu səfərdə müzakirə olunan məsələlər, perspektivlər barədə fikirlər də təbii ki, fərqli olacaq. Artıq Azərbaycan 30 ilin işğalına son qoyaraq, həyatının yeni-bərpa və quruculuq mərhələsini yaşayır. Azərbaycanın hər bir uğurunda öz payı, rolu olan, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının VII qurultayı da qəbul olunan qərarlar, qarşıya qoyulan vəzifələr, ünvanlanan çağırışlarla tarixə yazıldı. Məhz bu vəzifələr, qərarlar yeni reallıqlara uyğun addımların atılmasını bir zərurət kimi ortaya qoyur.
Bu gün böyük fəxr hissii lə qeyd edirik ki, iki dost, qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və hər bir dövlət strukturu, hakim partiya və ictimai birliklər, ziyalılar, siyasətçilər qarşıdakı dövrə hədəflənmiş vəzifələrin uğurlu icrasına töhfələr vermək üçün üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərirlər. Bu baxımdan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr daim yüksələn xət üzrə inkişafı ilə diqqət çəkib. Hər iki qardaş ölkədə keçirilən prezident seçkiləri zamanı hakim partiyanın qələbəsi qarşı tərəfdə böyük sevinclə qarşılanaraq münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərlənbirilib. Bu sevinc birliyimizin, həmrəyliyimizin rəmzi kimi qeyd olunub.

Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd
tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter