• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Tariximizin ən şanlı, şərəfli, qürurlu günlərindən birini yaşayırıq

  • 24.05.2021, 21:57, Baxış sayı:
  • 681
Tariximizin ən şanlı, şərəfli, qürurlu günlərindən birini yaşayırıq
Azərbaycanın gözü olan Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsi, kulminasiya nöqtəsi oldu. Vətən oğullarının qanı ilə suvarılan torpaqda, Cıdır düzündə bir-birindən rəngarəng musiqi sədalarının yüksəlməsi və ən əsası, illərdir ki, ürək sızıltısı ilə dinlədiyimiz “Qarabağ” şikəstəsinin, “Bayatı-Şiraz”ın səslənməsi qəlbimizə su çilədi, bizi qürurlandırdı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin rəhbəri kimi səsləndirdiyi “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” fikirləri hər bir azərbaycanlıda xoş anlar yaşatdı.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə başa çatdı. Uzun illərdir ki, yağı tapdağı altında qalan torpaqlarımız rahat nəfəs aldı. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 Noyabr Zəfər günü kimi xalqımızın tarixinə yazıldı.
Xalqımız bu günlərdə Cıdır düzündə möhtəşəm “Xarıbülbül” festivalını böyük sevinc hissi ilə izlədi. Azərbaycan Ordusu düşmənə döyüşdə qalib gəlmişdi, bu festival isə Azərbaycan mədəniyyətinin qələbəsinin təntənəsidir. Belə bir festival Şuşada 1989-cu il mayın 21-də keçirilmişdi. 32 il əvvəl! Düz 32 il Cıdır düzü belə bir möhtəşəmliyin xiffətini çəkmişdi. Bu xiffəti bütün Azərbaycanı sevənlər çəkmişdi. Torpaqlarımız da işğaldan azad edildi, musiqimizin auditoriyası da.
Festival açıq elan ediləndə iştirakçılar da, onu televiziyadan izləyənlər də Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərlik etdiyi Azərbaycan Ordusu ilə qürur duydu.
“Xarıbülbül” musiqi festivalı uzun müddətdir ki, belə bir çal-çağıra, coşquya tamarzı qalmış Şuşanın, Cıdır düzünün, İsa bulağının yenidən canlanmasını bizlərə yaşatdı.
Mahir TARVERDIYEV,
Dövlət Sosial-İqtisadi Kollecin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter