• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb

  • 16.05.2021, 21:20, Baxış sayı:
  • 440
Sabirabadda silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb

Sabirabadda obyekt və evlərdən oğurluq edən şəhər sakini tutulub.
Sabirabad polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların evindən oğurluq edən şəxs saxlanılıb.
Zərərçəkmiş vətəndaşların şikayətləri əsasında məlum olub ki, oğurluq edən şəxs Sabirabad şəhər sakini, 1990-cı il təvəllüdlü, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş Əliyev Saleh Valeh oğludur. Keçmiş məhkum müxtəlif vaxtlarda Sabirabad sakinlərinə məxsus 3 mənzildən qızıl-zinət əşyaları, elektron avadanlıqlar, xalça-palaz və sair əşyalar oğurlayıb. Həmçinin şəhər ərazisində yerləşən ictimai iaşə obyektindən də eyni xarakterli oğurluq edərək sakinlərə ümumilikdə 6 min manata qədər ziyan vurub. Narkotik aludəçisi olan S.Əliyev oğurladıqları əşyaların bir qismini satmağa müvəffəq olub. Satılmayan digər əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
Saleh Əliyev barəsində Sabirabad rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində istintaq hərəkətləri davam etdirilir.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter