REPLİKA. Əgər tədbir görülməsə...
- 06.05.2021, 10:40, Baxış sayı:
- 296
Facebook
Вконтакте
Одноклассники
Google+
Yolçubəyli kəndinin ərazisində “Padar çölü” adı ilə tanınan yerdə şor kanalın üzərindəki torpaq keçid uçmuşdur. Həmin keçid kənd camaatı üçün çox əhəmiyyətlidir. Kənd sakinlərinin maldarlığı, əkinçiliyi bu ərazi ilə bilavasitə bağlıdır. Yəni camaatın çörəyi, necə deyərlər, həmin ərazidə yerləşən pambıq, taxıl, yonca sahələrindən çıxır. Fermerlər əkin sahələrinə getmək üçün bu keçiddən istifadə edirlər. Əgər təcili tədbir görülməsə, buradan tarlaya gedən maşınlar kanala yuvarlana bilər.
“Muganinsesi.az”